bazar ertəsi 23 fevral 2026 - 14:58
Nəhcül-bəlağəyə qarşı irəli sürülən şübhələrə cavab | Görkəmli fəqih və böyük Quran müfəssiri

Nəhcül-bəlağə ilə bağlı bəzi qərəzli şəxslər tərəfindən irəli sürülən şübhələrə və bu əsərin Seyid Rəziyə aid olmadığına dair iddialara, Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvü tarixi mənbə və dəlillərə əsaslanaraq əhatəli və əsaslandırılmış cavab vermişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Rza Ustadinin çıxışı əsasında «Nəhcül-bəlağə araşdırmaları» silsiləvi iclaslarının açılış mərasimi, İmam Əlinin (ə) kəlamına maraq göstərən tədqiqatçı və dinləyicilərin iştirakı ilə keçirilib.

Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü Ayətullah Ustadi Nəhcül-bəlağə üzrə tədqiqat əsaslarının izahi ilə təşkil olunmuş iclasda bu dəyərli kitabın tərtibçisi olan Seyid Rəzinin müxtəlif elmi tərəflərini araşdırmış, həmçinin Nəhcül-bəlağəyə yazılmış ən mühüm şərhləri tənqidi şəkildə təhlil etmişdir.

Seyid Rəzinin fiqh və təfsir üzrə elmi mövqeyi

Ayətullah Ustadi çıxışının birinci hissəsində Seyid Rəzinin şəxsiyyəti ilə bağlı tarixi bir yanlış təsəvvürün düzəldilməsinə toxunaraq bildirib ki, geniş yayılmış fikrin əksinə olaraq, Seyid Rəzi yalnız şair və ədib deyil, eyni zamanda görkəmli fiqh alimi və böyük Qurani-Kərim müfəssiri olmuşdur.

O, Seyid Rəzinin fiqh sahəsindəki ustadlarına, onun verdiyi fiqh hökmlərinə, eləcə də Qurani-Kərimin on cildlik mükəmməl təfsirinin müəllifi olmasına işarə edərək, Nəhcül-bəlağə kitabının tərtibçisinin elmi kamilliyini vurğulamışdır.

Nəhcül-bəlağənin əsası və şübhəli sənədlərə cavab

Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü tarixi dəlillərə istinad edərək bəzi qərəzli şəxslər tərəfindən Nəhcül-bəlağə kitabının Seyid Rəziyə aid edilməməsi ilə bağlı irəli sürülən şübhələri rədd edərək qeyd edib: Seyid Rəzinin vəfatından bir neçə əsr sonraya qədər onun öz xətti ilə yazılmış əlyazma nüsxələrinin mövcudluğu və bu nüsxələrin İbn Əbi Əl-hədid kimi böyük alimlər tərəfindən görüldüyünün qeyd edilməsi bu kitabın etibarlılığını təsdiqləyir.

Ayətullah Ustadi həmçinin Nəhcül-bəlağə rəvayətlərinin “mürsəl” olması (sənədi zəif hədis) ilə bağlı irəli sürülən irada cavab olaraq izah edib ki, Seyid Rəzi ədəbi yanaşmasına görə sənədləri ixtisar etmişdir, lakin sonrakı alimlər tərəfindən yazılmış müstədərək (tamamlayıcı və sənədli hədislər) əsərlərdə bu xütbə və məktubların bütün sənədləri bərpa edilmişdir.

Nəhcül-bəlağənin məşhur şərhlərinin tənqidi

Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü çıxışının davamında Nəhcül-bəlağə kitabına əhli-sünnə alimləri tərəfindən yazılmış iki məşhur şərhi təhlil edərək bildirib ki, bu əsərin ərəb dünyasında tanıdılmasında Məhəmməd Əbduhnin xidmətləri təqdirəlayiq olsa da, onun metodunda ciddi elmi iradlar mövcuddur. Belə ki, Əmirəl-mömininin (ə) kəlamı əhli-sünnə məzhəbinin etiqadi əsasları ilə uzlaşmadığı hallarda, Əbduh həmin mətnləri dəyişdirmiş və ya uydurma kimi təqdim etmişdir.

O, həmçinin İbn Əbi Əl-hədidin iyirmi cildlik şərhini ədəbi və tarixi baxımdan son dərəcə zəngin, lakin etiqad və kəlam cəhətindən ciddi azdırıcı və təəssübkeşliklərə malik bir əsər kimi qiymətləndirərək, onun tənqidi yanaşma ilə öyrənilməsinin vacibliyini vurğulamışdır.

Əmirəl-mömininin (ə) kəlamının əzəməti

Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü Molla Sədra kimi böyük alimlərin fikirlərinə istinad edərək qeyd edib ki, Nəhcül-bəlağədə həzrət Əlinin (ə) kəlamı fəsahət və bəlağətin zirvəsindədir və “xaliqin kəlamından bir pillə aşağıda, məxluqun kəlamından isə bir pillə yuxarıda” qərar tutur.

Nəhcül-bəlağəyə qarşı irəli sürülən şübhələrə cavab | Görkəmli fəqih və böyük Quran müfəssiri

Nəhcül-bəlağəyə qarşı irəli sürülən şübhələrə cavab | Görkəmli fəqih və böyük Quran müfəssiri

Nəhcül-bəlağəyə qarşı irəli sürülən şübhələrə cavab | Görkəmli fəqih və böyük Quran müfəssiri

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha